Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a qarşı olan iki preparatın (hidroksixloroxin və xloroxin) sınaqlarını müvəqqəti dayandırıb.

Open.az TASS-a istinadən bildirir ki, bunu ÜST-ün baş direktoru Tedros Adan Qebreyesus keçirdiyi brifinqdə açıqlayıb.

“İcra qrupu həmrəylik sınağı çərçivəsində hidroksixloroxin və xloroxinin istifadəsini müvəqqəti dayandırdı”, - o qeyd edib.

Lakin, baş direktor əlavə edib ki, dərmanlar otoimmun xəstəlikləri və malyariyadan əziyyət çəkənlər üçün təhlükəsiz hesab edilməyə davam edir.