İranın ən böyük daxili, dünyanın isə ən böyük duzlu gölü olan Urmiya gölünün vəziyyəti yaxşılaşıb.

Open.az "Timeturk"ə istinadən xəbər verir ki, son aylarda artan yağışlar sayəsində quruma təhlükəsi olan göldə suyun səviyyəsi yüksəlib.

Urmiya gölünün su həcminin 9 ay müddətində artması bölgə xalqı arasında böyük sevincə səbəb olub.

Xatırladaq ki, Urmiya gölü Qərbi və Şərqi Azərbaycan əyalətləri arasında yerləşir. Bu, İranın ən böyük gölüdür. Dünyada isə ikinci şor göl sayılır. Sahəsi 6 min kv.km-dir. Van gölü isə Türkiyənin Şərqi Anadolu hissəsində yerləşir. İki göl arasındakı məsafə 147 km-dir.

İran hakimiyyəti on ildir Urmiya gölünün qurumasının qarşısını almaq üçün 6 milyard dollar ayırdığını bildirir, ancaq bu illər ərzində su hövzəsi günü-gündən quruyur.

Gülnar Qafarlı