Türkiyədə son sutka ərzində koronavirusdan 74 nəfər dünyasını dəyişib, 1894 nəfər isə virusa yoluxub.

Open.az xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 9445-ə, yoluxanların sayı isə 351 413-a yüksəlib.

Koronavirusdan sağalanların sayı isə 306 939-dur. Hazırda ölkədə 35 029 aktiv Covid-19 xəstəsi var.