Pakistanın paytaxtı İslamabadda Beynəlxalq İslam Universitetində tələbələr arasında silahlı insident baş verib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 1 tələbə həlak olub, 13-ü yaralanıb.

Hadisəyə səbəb iki qrupun tələbələri arasında səhnədə çıxış etməklə bağlı olub.

Faktla bağlı istintaq başladılıb.