Ümumdünya Mobil Konqresinin təşkilatçıları koronavirus pandemiyası ilə əlaqədar olaraq, tədbirin 2021-ci ilin iyun ayının sonuna təxirə salındığını bildiriblər.

Open.az xəbər verir ki, konqres gələn il 28 iyun-1 iyul tarixlərində Barselonada keçiriləcək.

Ümumdünya Mobil Konqresi mobil sənayesinin ən böyük sərgilərindən biri və dünya üzrə mobil rabitə operatorlarının rəhbərləri, satıcılar və kontent sahiblərinin iştirak etdiyi Konqresdir.