“Petro Poroşenko” fraksiyasının deputatı Oleq Barna həmkarı müstəqil deputat Yuri Levçenko ilə davaya çıxıb.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, insident Ukrayna telekanalında yayımlanan “Rada” verilişində baş verib.

Hərbi vəziyyətin müzakirəsi zamanı deputatların arasında fikir ayrılıqları yaranıb.

Bu da onların arasında əvvəlcə mübahisəyə, sonra əlbəyaxa davaya çevrilib.

Sözügedən anların görüntüsünü təqdim edirik:


Gülnar Qafarlı