Ukraynanın Odessa şəhərində xəstəxanada yanğın baş verib.

Open.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar xidməti məlumat yayıb.

Yanğın nəticəsində 6 nəfər həlak olub, 4 nəfər tüstüdən zəhərlənib.

Yanğının Suvorov rayonundakı 1 saylı psixiatrik xəstəxananın birmərtəbəli korpusunun damında başladığı bildirilib.

Faktla bağlı araşdırma başladılıb.

Gülnar Qafarlı