Ukraynada koronavirusun "Britaniya ştammı" qeydə alınıb.

Open.az-ın məlumatına görə, bunu ölkənin səhiyyə nazirinin müavini Viktor Lyaşko deyib.

O bildirib ki, virusun yeni növü Ukraynanın qərbindəki İvano-Frankovsk şəhərində aşkar edilib.

Qeyd edək ki, koronavirusun "Britaniya ştammı" daha sürətli yoluxma tempinə malikdir.

Bu günədək Avropanın 43 ölkəsində Britaniya, 26 ölkəsində CAR, 15 ölkəsində Braziliya ştamları qeydə alınıb.