2019-cu ilin başlanğıcından Ukraynada qızılca xəstəliyinə yoluxmuş 8 nəfər dünyasını dəyişib.

Open.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölənlərdən ikisinin uşaq olduğu bildirilib.

Məlumata görə, ötən həftə ərzində 3 142 insan qızılcaya yoluxub. Onlardan 1 472 böyük və 1 670 uşaqdır.

Qeyd edilir ki, 2018-ci ildə 16 nəfər qızılcadan həlak olub.

Gülnar Qafarlı