"Ukrayna Beynəlxalq Hava Yolları" şirkəti koronavirusa görə gündəlik reyslərin uçuşlarını aprelin 24-dək təxirə salıb.

Open.az xəbər verir ki, bu barədə şirkətin saytı məlumat yayıb. Məlumata görə, Ukraynada karantin dövrünə qədər gündəlik uçuşlar həyata keçirilməyəcək.

Qeyd edək ki, "Ukrayna Beynəlxalq Hava Yolları" şirkəti hər gün Kiyev-Bakı-Kiyev reysini reallaşdırırdı. Martın 17-dən Azərbaycan ilə Ukrayna arasında uçuşlar dayandırılıb.