17:41

Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedov vəfat edib.

Open.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə politoloq və "Qovorit Moskva" radiostansiyasının Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev məlumat yayıb.

Bildirilib ki, prezident məzuniyyətdə olub. Qurbanqulı Berdımuhammedov iyulun 15-də məzuniyyətə çıxıb.

***

Türkmənistanın Rusiyadakı səfirliyi ölkə prezidenti Qurbanqulı Berdimuhammedin vəfat etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Open.az "TASS" a istinadən xəbər verir ki, Moskvadakı diplomatik missiyanın nümayəndəsi məlumatı təkzib edib.

"Bu tamamilə yalandır", — deyə bildirilib.