Türkiyənin Şanlıurfa əyalətinin Akçakale rayonuna Suriyanın terrorçu PKK/YPG-PYD qruplaşmasının işğalı altında olan ərazisindən 4 top mərmisi atılıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə bəticəsində 17 nəfər yaralanıb.

Terrorçuların atdığı mərmilər rayon mərkəzinə düşüb.

Olay yerinə çox sayda polis və təcili tibbi yardım cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polislər vətəndaşlara sərhəddən uzaqlaşaraq evlərinə getmələri barədə xəbərdarlıq edib.

Gülnar Qafarlı