Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 188 nəfər ölüb.

Open.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib.

O qeyd edib ki, son 24 saatda 176 656 şübhəli koronavirus testindən keçib, onlardan 6514-nün cavabı pozitiv çıxıb, 4485 xəstə isə sağalaraq evə buraxılıb. Sağalan xəstələr ümumilikdə 404 727 nəfərdir. Ağır xəstə sayı isə 5190 nəfər olub.

Türkiyədə indiyədək 500 865 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 13 746 nəfəri ölüb.