Türkiyədə istirahət bölgəsi olan Muğla vilayətinin Dalaman vilayətində dünən saat 15:10-dan başlayan və Fethiyeyə sıçrayan meşə yanğını söndürülüb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayətin Kənd təsərrüfatı və Meşə Naziri Bekir Pakdemirli məlumat verib.

Səhər erkən saatlarda vertolyotların tez-tez yanan sahələrə su tökməsi nəticəsində yanğının irəliləməsi dayandırılıb. Lakin hələ də yanan ağacların olduğu bildirilib.

Ölən və yaralananların olmadığı qeyd edilib.

Gülnar Qafarlı