Türkiyənin paytaxtı Ankara şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, yağış nəticəsində yolların sürüşkən olmasına görə sərnişin avtobusu qəza törədib.

Avtobus Ankara Büyükşehir Bələdiyyəsinə aid olan yol təmizləyən maşına çırpılıb.

Hadisə nəticəsində 10 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Gülnar Qafarlı