Türkiyənin televiziya tarixində əhəmiyyətli bir yerə sahib olan, ilk musiqi kanalı "Kral" TV bağlanır.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, telekanal efir həyatına fevralın 1-dən etibarən rəqəmsal mühitdə davam edəcək.

Bu barədə 1994-cü ildə Cem Uzan tərəfindən yaradılan kanalın "Twitter" hesabında məlumat yayılıb: ""Kral" TV fevralın 1-dən etibarən yayımına yalnız rəqəmsal davam edəcək. Bundan sonra "Kral" TV-ni yalnız mobil əlavələrdə, həmçinin “Kral Müzik Youtube” kanalında izləmək mümkün olacaq".

Gülnar Qafarlı