Türkiyənin Xəzinə və Maliyyə naziri Berak Albayrak Beynəlxalq Valyuta Fondu - Dünya Bankı və “Böyük-20”-nin (G-20) toplantılarına qatılmaq üçün ABŞ-da səfərdədir.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, nazir toplantılar çərçivəsində ABŞ prezidenti Donald Tramp ilə Ağ Evdə bir araya gəlib.

Albayrak görüşün müsbət keçdiyini bildirib: "Prezidentimizin bəzi mesajları var idi, onları özünə çatdırdıq. Çox pozitiv, müsbət, konstruktiv bir görüş baş tutdu. 75 milyard dollarlıq ticarət üçün razılığa gəldik".

B.Albayrak yaxın zamanda Donald Trampla Rəcəb Tayyib Ərdoğan arasında görüşün keçirilə biləcəyini də qeyd edib.

Gülnar Qafarlı

Türkiyənin Maliyyə naziri Trampla görüşdü: Razılığa gəldik