Türkiyənin Public Status Araşdırma və məsləhət xidmətləri tərəfindən 13-16 yanvar tarixlərində araşdırma aparılıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, 2275 nəfər ilə keçirilən araşdırmada "Türkiyənin dostu deyildiyi zaman ağla ilk gələn ölkə hansıdır?" soruşulub.

Sorğuda iştirak edənlərin əksəriyyəti Azərbaycan cavabını verib və ölkəmiz ilk sırada yer alıb.

Körfəz ölkəsi Qətər ikinci, Rusiya Federasiyası üçüncü və Pakistan dördüncü yerdə qərarlaşıb.

Gülnar Qafarlı