Türkiyədə son sutka ərzində koronavirusdan 173 nəfər dünyasını dəyişib, 971-i simptomatik olmaqla 9554 pasiyent "COVID-19" xəstəsi kimi qeydiyyata alınıb.

Open.az xəbər verir ki, bununla da ölkədə "COVID-19"dan ölənlərin sayı 23325-ə, bu virusa yoluxanların sayı isə 2 355 839-a çatıb.

Ümumilikdə 26 milyondan çox test aparılıb.