Türkiyədə son sutka ərzində koronavirusdan 75 nəfər dünyasını dəyişib, 2213 nəfər isə virusa yoluxub.

Open.az xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 10 252-ə, yoluxanların sayı isə 375 367-ə çatıb.

Ağır xəstələrin sayı 2075 nəfər təşkil edir. Ümumilikdə 14 milyondan çox insan test olunub.