Türkiyənin Tunceli vilayətində təhlükəsizlik gücləri ilə PKK terrorçuları arasında qarşıdurma baş verib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, qarşıdurma nəticəsində 4 əsgər ağır yaralanıb.

Yaralı əsgərlər bölgəyə göndərilən vertolyotla Tunceli Dövlət Xəstəxanasına yerləşdirilib.

Həkimlər onların vəziyyətinin ağır olduğunu bildirib.

Bölgədəki terrorçular məhv edilib.

Gülnar Qafarlı