Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 139 nəfər dünyasını dəyişib.

Open.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 12 358 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 6 017 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 446 822 nəfərə çatıb.