Türkiyədə koronavirusdan daha 19 nəfər ölüb.

Open.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla ölkədə pandemiya qurbanlarının sayı 5 710 nəfərə çatıb.

Bu gün Türkiyədə daha 996 nəfərə koronavirus diaqnozu qoyulub. Beləliklə, ölkədə koronavirus xəstələrinin ümumi sayı 231 869 nəfərə yüksəlib.

Nazirin sözlərinə görə, COVID-19-a yoluxmuş 981 pasiyent sağalıb. Hazırda Türkiyədə koronavirusdan sağalanların sayı 215 516 nəfərdir.

"Yeni xəstə sayının artımının daha çox olduğu bölgələr Ankara, Mardin, Diyarbəkir, Gaziantep, Konyadır. 36 əyalətimizdə 3 gündə heç bir yeni ağır xəstəmiz olmadı", - deyə nazir bildirib.