12:06

Türkiyənin Bitlis əyalətinin Hizan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, mikroavtobusun uçuruma aşması nəticəsində 8 nəfər ölüb, 5 nəfər yaralanıb,

Hadisə yerinə polis və təcili yardım cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı istintaq başldılıb.

***

Türkiyənin Bitlis əyalətinin Hizan rayonunda mikroavtobusun aşması nəticəsində ölənlərin sayı 10-a yüksəlib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Bitlis Valisi Oktay Çağatay məlumat verib.

O, yaralıların sayının 7-yə çatdığını da bildirib.

Gülnar Qafarlı