Türkiyənin Adıyaman şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, Kahta istiqamətindən Adıyamana gedən mikroavtobusun uçuruma yuvarlanması nəticəsində 19 nəfər yaralanıb.

Hadisəsinin sürücünün idarəetməni itirməsi nəticəsində meydana gəldiyi bildirilib.

Olay yerinə polis və təcili tibbi yardım cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı

Türkiyədə mikroavtobus uçuruma yuvarlandı - 19 yaralı