Türkiyədə son sutka ərzində koronavirusdan 68 nəfər dünyasını dəyişib, 1 743 nəfər isə virusa yoluxub.

Open.az xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 7 574-ə, yoluxanların sayı isə 304 610-a yüksəlib.

Son 24 saat ərzində 1202 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. Ümumilikdə sağalan xəstə sayı 268 435-ə çatıb.