Türkiyədə daha 23 nəfər koronavirusun qurbanı olub.

Open.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Onun sözlərinə görə, bununla da infeksiyadan ölənlərin sayı 131-ə yüksəlib.

"Bu gün daha 9 982 nəfər koronavirusla bağlı test yoxlanışından keçib. Nəticədə daha 1 815 nəfərdə infeksiya aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 9 217 nəfərə çatıb. Onlardan 568 nəfəri reanimasiyadadır, daha 105 nəfəri isə sağalıb", - nazir deyib.