Bu gün Türkiyədə daha 15 nəfər koronavirusdan ölüb.

Open.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 5 844 nəfərə çatıb.

Fahrettin Kocanın sözlərinə görə, son sutkada COVID-19-a 1 182 yoluxma qeydə alınıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 240 804 nəfərə yüksəlib.