Son bir gündə Türkiyədə daha 32 nəfər koronavirusdan ölüb.

Open.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, bununla da ölkədə koronavirus qurbanlarının ümumi sayı 4 308 nəfərə çatıb.

Son sutka ərzində ölkədə təhlükəli virusa 1 186 nəfər yoluxub. Bununla da COVID-19-a yoluxanların ümumi sayı 155 686 nəfərə çatıb.