Türkiyədə koronavirus qurbanlarının və virusa yoluxanların sayı artıb.

Open.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca özünün “Twitter”dəki səhifəsində bildirib.

Nazir deyib ki, ölkədə koronavirusa yoluxanların sayı 947 nəfərdən 1 256 nəfərə, ölənlərin sayı 21-dən 30 nəfərə yüksəlib.

"Bu gün 20 345 test keçirilib, onlardan 1 256-ı müsbətdir, biz ümumilikdə 30 qoca pasiyentimizi itirdik.", - nazir “Twitter”də yazıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib. Artıq dünyanın 184 ölkəsində virusa 267 mindən çox yoluxma qeydə alınıb, 11 mindən çox insan pandemiyanın qurbanı olub.