Türkiyədə əhalinin koronavirus əleyhinə peyvənd olunmasına dekabrın 11-dən başlanılacaq.

Open.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri məlumat yayıb.

Səhiyyə naziri Fahrettin Koca NTV telekanalına bildirib ki, ilk növbədə səhiyyə sahəsinin əməkdaşları, həmçinin yaşı 65-dən çox olan vətəndaşlar peyvənd olunacaqlar. Türkiyəyə ilk koronavirus peyvəndlərinin dekabrın 11-də gətiriləcəyi gözlənilir. Peyvəndlər Çin istehsalıdır.