Türkiyənin Sakariya əyalətinin Hendek rayonunda yerləşən fişəng fabrikində partlayış baş verib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində azı 41 nəfərin yaralandığı bildirilib.

Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.

Hadisənin səbəbi hələ ki, məlum deyil.