Türkiyədə - Amasyanın Merzifon rayonunda fahişəliyə qarşı “Qonaq” adlı əməliyyat keçirilib.

Open.az “Hürriyet”ə istinadən xəbər verir ki, Polis 11 fərqli ünvanda əməliyyat həyata keçirib. Əməliyyat zamanı 19 nəfər tutulub.

Ölkəyə qeyri-qanuni yolla daxil olduğu müəyyənləşdirilən qadınlar arasında Azərbaycan, Özbəkistan, Qırğızıstan və Gürcüstan vətəndaşları da var.

Fahişəliyə cəlb edilmiş qadınlar həkim müayinəsindən keçirilib. Qadınlardan birində cinsi yolla keçən sifilis aşkarlanıb.