Türkiyədə son 24 saat ərzində daha 16 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Open.az-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 829 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 172 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 239 622 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 222 656 nəfər təşkil edir.