Türkiyənin Milli İstihbarat Təşkilatı Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) casusluq etməkdə şübhəli bilinən agenti tutub.

Open.az xəbər verir ki, “TRTHaber” yayıb.

Bildirilib ki, o, Türkiyədəki ərəb müxaliflər haqqında məlumat toplayırmış. Həmin şəxsin ərəb dövlətlərindən birinin pasportu ilə Türkiyəyə səfər etdiyi təsbit olunub. O, casusluq etdiyini etiraf edib.