Türkiyənin Mersin şəhərinin Silifke rayonunda ağır yol-nəqliyyat hadisəsi ba. verib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, işçiləri daşıyan mikroavtobusun aşması nəticəsində 4 nəfər ölüb, 26 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri araşdırılır. Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı