Türkiyənin Malatya əyalətində 4,1 bal gücündə zəlzələ baş verib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, yeraltı təkanların episentri Pütürge rayonunda, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.