16:19

İraqın Ərbil şəhərində türk konsulluq əməkdaşlarının olduğu restorana silahlı hücum təşkil olunub.

Open.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

İlkin məlumatlara görə, hücum zamanı 3 türk diplomat həyatını itirib.

Hadisə ilə bağlı başqa məlumat verilməyib.

***

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Ərbil şəhərindəki Baş konsulluğun əməkdaşlarına edilən silahlı hücumla bağlı açıqlama yayıb.

Open.az "Haber 7"yə istinadən xəbər verir ki, silahlı hücum nəticəsində Baş konsulluğun bir nəfər əməkdaşı öldürülüb.

Terror aktını törədənlərin tapılması istiqamətində İraq rəsmiləri ilə danışıqlar aparıldığı bildirilib.

Gülnar Qafarlı