Türkiyə sahillərinin Aralıq dənizində 4,0 bal gücündə zəlzələ baş verib.

Open.az xəbər verir ki, zəlzələ yerli vaxtla saat 03:40-da qeydə alınıb.

Zəlzələnin episentri Datça vilayətinin Muğla rayonu sahillərində olub. Yeraltı təkanların ocağı 6,96 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.