Türkiyə ordusu Fərat çayının şərqində quru əməliyyatına başlayıb. Open.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz həmçinin Suriya Milli Ordusu "Barış pinarı" əməliyyatı çərçivəsində Fəratdan şərqə yerüstü əməliyyata başlayıb", - nazirliyin bəyanatında deyilir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və İŞİD terror qruplaşmasına qarşı “Barış pınarı” hərəkatını davam etdirir. Türkiyə Silahlı Qüvvələri sərhəddən 30 kilometr içəriyə doğru irəliləyərək PKK/YPG-nın hədəflərini məhv edib.