Türkiyənin Mərkəzi Seçki Komitəsi təkrar Böyükşəhər Bələdiyyə sədri seçilən Əkrəm İmamoğlunun qələbəsini elan edib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ali Seçki Komissiyasının sədri Sadi Güven məlumat verib.

O, Cumhuriyyət Xalq Partiyasından (CHP) olan namizəd Əkrəm İmamoğlunun 54,21 % səslə qalib gəldiyini bildirib.

B.Yıldırım isə səslərin 44,99 faizinə sahib olub.

Gülnar Qafarlı