Türkiyənin Manisa vilayətinin Akhisar rayonunda 4,8 bal gücündə zəlzələ baş verib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, yeraltı təkan yerli vaxtla 05:43-də meydana gəlib.

Zəlzənin episentri yerin 7 kilometr dərinliyində yerləşib.

Təbii fəlakət zamanı dağıntıların və tələfatın olmadığı qeyd edilib.