Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən ölkənin 81 bölgəsində “Güvən Dinclik-6” əməliyyatı keçirilib.

Open.az xəbər verir ki, ölkədə sabitliyi və ictimai asayişi qorumaq məqsədilə keçirilən əməliyyatda 69 min 246 polis əməkdaşı iştirak edib. Əməliyyatlar zamanı 699 min 602 nəfər yoxlanılıb. Müxtəlif cinayətlərlə bağlı axtarışda olan 1476 nəfər saxlanılıb.

Yoxlamalar zamanı 13-ü uşaq olmaqla 31 itkin düşmüş hesab edilən şəxs və axtarışda olan 91 avtomobil tapılıb, 10 iş yeri bağlanıb.

Bundan əlavə, əməliyyatlar zamanı çox sayda silah-sursat və narkotik maddə ələ keçirilib. (AZƏRTAC)

Türkiyə Daxili İşlər Nazirliyi ölkənin 81 bölgəsində əməliyyat keçirib - FOTOLAR

Türkiyə Daxili İşlər Nazirliyi ölkənin 81 bölgəsində əməliyyat keçirib - FOTOLAR

Türkiyə Daxili İşlər Nazirliyi ölkənin 81 bölgəsində əməliyyat keçirib - FOTOLAR