ABŞ-ın tvitter şirkətinin rəhbəri Cek Dorsi ABŞ-ın hazırkı prezidenti Donald Trampın hesabının bloklanmasını şərh edib.

Open.az “TASS”a istinadən xəbər verir ki, o, sözügedən qərarı doğru hesab etdiyini bildirib.

“Mən Donald Trampı tvitterdə bloklamaq məcburiyyətində olduğumuza görə sevinmirəm və bununla fəxr etmirəm. Bu doğru idimi? Mən hesab edirəm ki, bu tvitter üçün doğru qərar idi”, - Dorsi sosial şəbəkədəki səhifəsində yazıb.