Fransa prezidenti Emmanuel Makron Davos iqtisadi forumuna getməkdən imtina edib.

Open.az "TASS"a istinadən xəbər verir ki, bu haqda Yelisey sarayı bəyanat yayıb.

Prezident administrasiyasından bildirilib ki, Makronun səfərdən imtina etməsinə gərgin iş qrafiki səbəb olub.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp büdcə böhranı səbəbindən federal hökumətin bağlanmasını əsas göstərərək Davos forumuna qatılmayacağını bildirmişdi.

Gülnar Qafarlı