ABŞ prezidenti Donald Tramp itkin düşmüş Səudiyyəli jurnalist Camal Kaşıkçı haqqında açıqlama verib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Tramp ötən gün keçirdiyi mətbuat konfrasında məlumat verib: "Jurnalistin itməsini yaxından izləyirik. Amerikalı müfəttişlər hadisəyə daxil oldular. Bu hadisənin dərindən araşdırılmasını istəyirəm. Kaşıkçı məsələsində nə olduğunu tapmaq məcburiyyətindəyəm".

ABŞ prezidenti məsələ barədə Türkiyə ilə ünsiyyətdə olduqlarını bildirib: "Səudiyyə rəsmiləri ilə görüşmüşəm. Bu son dərəcə pis vəziyyətdir. Səudiyyə hökumətindən suallarımıza cavab gözləyirik. Türkiyə ilə yaxın əməkdaşlıq edirik, bu hadisənin sonuna qədər gedəcəyik. Camal Kaşıkçının nişanlısını Ağ Evdə görmək və qəbul etmək istəyirəm".

Qeyd edək ki, tanınmış müxalifətçi ərəb jurnalist, “Washington Post” yazarı Camal Kaşıkçı oktaybrın 3-də Türkiyədə yoxa çıxıb.

Gülnar Qafarlı