ABŞ Prezidenti Donald Tramp veteranlar günü ilə əlaqədar Nyu-Yorka təşkil olunan anım mərasimində iştirak edib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, mərasimə həyat yoldaşı Melaniya Tramp ilə qatılan ANŞ Prezidenti təhlükəsizlik səbəbiylə güllə keçirməyən şüşənin arxasından çıxış edib.

Onun güllə keçirməyən şüşənin arxasından çıxış etməsi hər kəsin diqqətini çəkib.

Mərasimdəki çıxışında Tramp veteranlara təşəkkür edib: "Bu şəhər sizin varlığınızdan şərəf duyur. Bu millət sizə əbədi borcludur".

Gülnar Qafarlı

 Tramp güllə keçirməyən şüşənin arxasında danışdı