ABŞ prezidenti Donald Tramp bu gün məsləhətçiləri Jared Kaşner, Stefenn Miller və Kevin Hustun təşəbbüsü ilə hazırlanmış immiqrasiya siyasətini dəyişdirmək üçün proqramı təqdim edəcək.

Open.az xəbər verir ki, bu barədə "NEWSru.co.il" saytı məlumat yayıb.

Məlumatlara görə, mühacirlərin qəbulu sistemində buna qədər ailə bağları əsas götürülürdüsə, dəyişikliklərdən sonra yeni sistemdə ingilis dilli və ali təhsilli olanlara üstünlük veriləcək.

Bundan əlavə, islahat "GreenCard" kimi tanınan lotoreyanın tamamilə ləğv edilməsini nəzərdə tutur.

Qeyd edək ki, Tramp 2017-ci ilin noyabr ayında "GreenCard" lotoreyasını ləğv etməyi vəd edib.

Gülnar Qafarlı