ABŞ prezidenti Donald Tramp büdcə böhranı səbəbindən federal hökumətin bağlanmasını əsas göstərərək Davos forumuna qatılmayacağını bildirib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp bu barədə "Twitter" hesabında yazıb.

"Demokratlar sərhəd təhlükəsizliyi və ölkəmiz üçün təhlükəsizliyin böyük əhəmiyyətinə görə güzəştə getməməsi səbəbindən, İsveçrənin Davos şəhərinə, Dünya İqtisadi Forumuna olan səfərimi ləğv etdim. Səmimi diləklərimi və DİF-dən üzrxahlığımı qəbul edin", - deyə prezident qeyd edib.

Gülnar Qafarlı