ABŞ prezidenti Donald Tramp azadlığa çıxan pastor Endryu Bransonun tezliklə evinə qayıdacağına ümidvar olduğunu bəyan edib.

Open.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Tramp pastorun ABŞ-a qayıtması üçün səylərini əsirgəmədiyini bildirib.

“Fikirlərim və dualarım pastor Bransonladır. Ümid edirəm ki, o, tezliklə evinə qayıdacaq”, - deyə ABŞ prezidenti vurğulayıb.

Qeyd edək ki, bu gün Türkiyə məhkəməsinin qərarı ilə E. Branson məhkəmə zalından azadlığa buraxılıb.